2 nəfər batmaqdan xilas edilib

2 nəfər batmaqdan xilas edilib
  29 İyul 2013    Oxunub:1856
FHN-nin xilasediciləri 2 nəfəri təhlükədən qurtarıb.
Bu gün Sabunçu rayonunda (“Bilgəh” sularda xilasetmə məntəqəsindən təxminən 25 metr sağa, dənizin içərisinə doğru 150 metr məsafədə, nəzarətsiz ərazidə) çimərkən 2 nəfər batmaq təhlükəsi ilə üzləşib.

AzVision.az-ın verdiyi xəbərə görə, FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, onlar Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub. Əməliyyat saat 16:39-da başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti