YAP-çı deputat futboldan yazdı: `Türkiyə zəif deyildi...`

YAP-çı deputat futboldan yazdı: `Türkiyə zəif deyildi...`
  18 İyun 2016    Oxunub:2288
Milli Məclisinin deputatı Aydın Mirzəzadə Türkiyə millisinin Avropa Çempionatında İspaniyaya məğlub olmasına münasibət bildirib.

AzVision.az-ın məlumatına görə, deputat Facebook hesabında yazdığı statusda Türkiyənin növbəti mərhələyə çıxa bilməməsinə təəssüfləndiyini yazıb.

“Futbol üzrə Avropa çempionatında Türkiyənin növbəti uğursuzluğuna və pley-offa çıxa bilməməyinə çox məyus oldum. Tükiyə heyəti zəif deyildi, rəqiblər güclü idi. Türkiyə heç zaman zəif olmur”, - deyə deputat bildirib.

A.Mirzəzadə vurğulayıb ki, Azərbaycan Türkiyəni pley-offsuz da sevir: “Həmişə qardaşımızla birlikdəyik. Biz birlikdə güclüyük”.

Qeyd edək ki `Avro 2016` çərçivəsində ötən gün baş tutan İspaniya-Türkiyə matçı 3:0 hesabı ilə ispanların qələbəsi ilə yekunlaşıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti