İrlandiya Belçika qarşısında aciz qaldı

İrlandiya Belçika qarşısında aciz qaldı
  19 İyun 2016    Oxunub:1504
Fransada futbol üzrə Avropa çempionatının qrup mərhələsində Belçika yığması rəqibi İrlandiyanı 3:0 hesabı ilə məğlub edib.
Oyuna belçikalılar fəal başlasalar da, bütün qollar ikinci hissədə vurulub. Əvvəlcə Romelu Lukaku irlandları məyus edib. 61-ci dəqiqədə Aksel Vitsel fərqi artırıb. Bundan 9 dəqiqə sonra R.Lukaku dubla imza atıb - 3:0.

Qeyd edək ki, bu qələbə ilə Belçika xallarını 3-ə çatdıraraq, 2-ci pilləyə yüksəlib. Qrupa 6 xalla İtaliya başçılıq edir. İsveç və İrlandiya isə hərəyə 1 xalla 3-4-cü yerləri bölüşürlər.

AzVision.az


Teqlər:





Xəbər lenti