İslandiya Macarıstanla heç-heçə etdi
Görüşün ilk hissəsi qarşılıqlı hücumlar, gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. Oyunun 38-ci dəqiqəsində Macarıstan futbolçusu Tomaş Kadarın cərimə meydançasında İslandiya yığmasının oyunçusu Aron Qunnarssona qarşı kobud oyununa görə hakim macarların qapısına penalti təyin edib. Ada ölkəsinin futbolçusu Kilfi Siqurdson 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək oyunda hesabı açıb-1:0. İlk hissə bu hesabla başa çatıb.
Fasilədən sonra hesabı bərabərləşdirmək üçün hücumları gücləndirən macarıstanlı futbolçular rəqibin qapısı qarşısında çoxsaylı qol vəziyyətləri yaradıblar. Nəhayət, qarşılaşmanın 88-ci dəqiqəsində onların hücumları bəhrəsini verib. Sağ cinahdan rəqib müdafiəsini yaran Nikoliçin ötürməsindən sonra islandiyalı futbolçu Siqardson topu öz qapısından keçirib. İslandların qalan vaxt ərzində hesabı bərabərləşdirmək cəhdləri nəticəsiz qalıb. Beləliklə, oyun 1:1 hesabı ilə başa çatıb.
“F” qrupunda ikinci turun son qarşılaşmasında Portuqaliya və Avstriya komandaları üz-üzə gələcək. Parisin “Stad de Frans” stadionunda bu gün saat 23:00-da start götürəcək matçı italiyalı referi Nikola Ritsoli idarə edəcək.
AzVision.az