Alonso Bakıda birinci ola bilmədi - Yenilənib
***
“Formula-1” üzrə Avropa Qran-prisinin finalında bir pilot mübarizəni dayandırıb.
AzVision.az xəbər verir ki, "Toro Roso" komandasının üzvü rusiyalı pilot Daniel Kvyat mübarizədən kənarlaşıb. Buna səbəb onun bolidində problemin yaranmasıdır.
"Manor" komandasının üzvü Paskal Verlyayn də əyləc sistemində yaranan problemlə əlaqədar yarışdan kənarlaşıb.
Qeyd edək ki, “Formula-1” üzrə Avropa Qran-prisinin final mərhələsi saat 17:00-da başlayıb. Hazırda yarışlar davam edir.
Eldar Tanrıverdiyev
AzVision.az