Türkiyədən möhtəşəm qələbə - Terim şansını itirmədi (VIDEO)

Türkiyədən möhtəşəm qələbə - Terim şansını itirmədi (VIDEO)
  22 İyun 2016    Oxunub:4700
Türkiyə millisi bu gün Avropa Çempionatının qrup mərhələsində son oyununa çıxıb.
AzVision.az xəbər verir ki, Fatih Terimin komandası Çexiya millisi ilə qarşılaşır.

Oyunun 9-cu dəqiqəsində Burakın qolu ilə Türkiyə matçda önə keçib.

Hazırda oyun davam edir.

***

Qarşılaşmanın ilk hissəsi başa çatıb. Oyunda hesab dəyişməyib. Türkiyə millisi rəqibini 1:0 hesabı ilə məğlub edir.

***

Oyunun 65-ci dəqiqəsində Ozan Tufan Türkiyənin ikinci qolunu vurub. Matç bu hesabla Türkiyənin qələbəsi ilə yekunlaşıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti