Cənubi Koreya şimala danışıq təklif etdi

Cənubi Koreya şimala danışıq təklif etdi
  29 İyul 2013    Oxunub:1103
Cənubi Koreya qonşusu Şimali Koreyaya ortaq sənaye zonası olan Keson barədə son danışıqlar təklif edib.
Sənaye zonası aprel ayından bəri bağlanıb. AzVision.az BBC-yə istinadən məlumat verir ki, hər iki tərəf sənaye kompleksini yenidən işlətmək üçün altı dəfə danışıq aparıb.

Cənubi Koreyanın unifikasiya nazirinin sözlərinə görə, şimalın razılığı korlamaması üçün yazılı zəmanət lazımdır. Nazir eyni zamanda əlavə edib ki, Şimali Koreyadan dəqiq cavab gözləyir. Əks təqdirdə, cənub bu barədə qəti qərar verəcək.

Şimali Koreya hərbi təlimlər daxil olmaqla Cənubi Koreyanın təxribatlarını səbəb gətirərək sənaye kompleksini bağlamışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti