Türkiyə qrupda qala bilər - İtaliyanlardan gözlənilməz zərbə

Türkiyə qrupda qala bilər - İtaliyanlardan gözlənilməz zərbə
  22 İyun 2016    Oxunub:107142
“İrlandiya ilə oyun çətin olacaq. Amma bu oyunun nəticəsi qrupu lider kimi başa vurmamız üçün heç bir əhəmiyyət kəsb etmir”.

AzVision.az-ın məlumatına görə, belə bir açıqlama ilə İtaliya millisinin baş məşqçisi Antoniyo Konte çıxış edib.

O, qeyd edib ki, artıq futbolçuları qrupu birinci sırada başa vurmaq tapşırığının öhdəsindən gəlib: “Ancaq, təvazökar olmalıyıq. Çünki, bizi zəif oyun gözləmir. İrlandiya çox sərt bir rəqibdir. Matçın nəticəsi qrupu lider kimi başa vurmağımız üçün heç bir əhəmiyyət kəsb etmir. Bununla belə futbolçularıma oyundan öncə qalib gəlmələrinin vacib olduğunu söyləmişəm. Çünki, qarşıdakı oyunlarda qalib gələ bilmək üçün oyunçularımın hər bir matça qalibiyyət istəyi ilə çıxmalı, qazanmalıdır”.

Açıqlamasında İrlandiya ilə matça əvəzedici heyətlə çıxacağının anonsunu verən Konte bildirib: “İsveçlə oyundan sonra futbolçularımı məşq zamanı izlədim. Belə qərar gəlmişəm ki, bu oyunda bəzi dəyişikliklər edim. Amma, bu, o demək deyil ki, oyun bizim üçün “mənasız”dır. Hesab edirəm ki, bu matç bizim üçün faydalı olacaq”.

Bu hal isə İtaliyanın İrlandiya qarşısında qalib gələcyini gözləyən Türkiyə millisinin planlarını poza bilər. Əgər İrlandiya bu matçda qalib gəlsə, Türkiyənin növbəti mərhələyə yüksəlmə şansları bir qədər də azalacaq.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti