Portuqaliya 1/8 finalda, Türkiyə gözləyir

Portuqaliya 1/8 finalda, Türkiyə gözləyir
  23 İyun 2016    Oxunub:2014
Bu gün Fransada futbol üzrə Avropa çempionatının qrup mərhələsində F qrupunun həlledici görüşləri keçirilib.
Portuqaliya yığması ilə 3:3 hesablı heç-heçəyə nail olmuş Macarıstan millisi 5 xalla qrupun qalibi olub.

Avstriyalılara son dəqiqə qolu ilə 2:1 qalib gəlmiş İslandiya yığması da 5 xal toplayıb, lakin topların fərqinə görə 2-ci yeri tutub.

Keçirdiyi 3 oyunun hamısını heç-heçə bitirmiş Portuqaliya yığma komandası da ən yaxşı 3-cülər sırasında plery-off mərhələsinə adını yazdıra bilib.

D qrupunun 3-cüsü olan Türkiyə millisinin növbəti mərhələyə çıxıb-çıxmayacağı isə E qrupunun bu gecə keçiriləcək oyunlarından sonra məlum olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti