Kürün suyu artıb

Kürün suyu artıb
  29 İyul 2013    Oxunub:1151
Böyük Qafqazın çaylarında sululuq artıb.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 10-70, Kiçik Qafqazın çaylarında 60-90, Lənkəran-Astara bölgəsi çaylarında 50-90, Naxçıvan MR çaylarında isə normanın 30 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, son üç gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 25 sm artım qeydə alınıb.

Hazırda məntəqədə su sərfi 188 m3/s olmaqla, ongünlük normanın 123 faizini təşkil edir. 2012-ci ildə isə bu göstərici üç dəfə az olmaqla 55.0 m3/s və ongünlük normanın 36 faizini təşkil edib.

İyulun 29-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 89.0 m3/s olmaqla, ongünlük normanın 101 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 101 m3/s təşkil edib və ongünlük normanın 115 faizinə bərabər olub.

İyulun 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 12 sm, Şirvanda 3 sm, Bankədə 10 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Salyanda isə suyun səviyyəsində 7 sm azalma qeydə alınıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti