Ketrin Eşton Misirə gedəcək

Ketrin Eşton Misirə gedəcək
  29 İyul 2013    Oxunub:1346
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Qahirədə danışıqlar aparmağı planlaşdırıb.
AzVision.az Reuters-ə istinadən məlumat verir ki, Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin 72 nəfər tərəfdarının öldürülməsi məsələsi Eştonu danışıqlara sövq edib.

K.Eştonun Mursini hakimiyyətdən devirən ordu başçısı Abdel Fəttah əl-Sisi, müvəqqəti prezident Ədli Mənsur, “Azadlıq və ədalət” partiyasının və “Müsəlman Qardaşlar”ın rəsmiləri ilə görüşməsi gözlənilir.

Eşton bildirib ki, “Müsəlman Qardaşlar” daxil olmaqla bütün siyasi qrupları bu məsələnin həllinə təhrik edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti