31 nəfəri gün vurub

  29 İyul 2013    Oxunub : 550
31 nəfəri gün vurub
Yay mövsümü başlayandan bu günə kimi 31 nəfəri gün vurub.
Bunu AzVision.az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev deyib.

Baş həkimin sözlərinə görə, gün vuran 31 nəfərdən 14-ü müalicə üçün xəstəxanaya yerləşdirilib. Digərlərinə isə sadəcə ilkin tibbi yardım göstərilib.

Həkim əlavə edib ki, günvurma halları müxtəlif yaş arası insanlar arasında müşahidə olunub.

Nihadə Eyyubova

Teqlər: