Çempion Almaniya olacaq - Bakıda maraqlı sorğu
AzVision.az -ın məlumatına görə, «ACT Azərbaycan» araşdırma təşkilatının Bakıda keçirdiyi sorğunun nəticəsi bunu deməyə əsas verir.
Sorğu nəticələrindən belə qənaətə gəlmək olar ki, Bakı sakinlərinin 70%-I “AVRO-2016”-ın başlamasından xəbərdardır. 42% isə Çempionatın başlamasını bilsə də, oyunlara maraq göstərmir.
Amma oyunlara biganə qala bilməyən 14% Bakı sakini azərkeşlik etdiyi komandaların adını açıqlayıb.
Hansı ölkəyə azarkeşlik edirsiniz?
İlk iki pillədə Türkiyə (36%) və İspaniya (10%) qərarlaşıb. İtaliya (8%) və Almaniya (7%) demək olar ki, eyni pillədə yer alıblar.
Türkiyə yığmasına 70% kişilər və 30% qadınlar azərkeşlik edirlər. İspaniyada gender maraqları bərabər bölünüb – 50% qadınlar, 50% kişilər. İtaliya yığmasını dəstəkləyənlərin 82%-ni kişilər təşkil edir.
Portuqaliya yığmasını isə dəstəkləyənlərin 46%-ı qadınlardır. Almaniya yığmasını əsasən kişilər dəstəkləyir – 63%. Qəribə olsa da, kişilərin sevimlisi İtalya yığması qadınların ən az maraq çəkdiyi komandadır - 18%.
Hansı ölkə çempion olacaq?
Azərkeşlərinin sayının az olmasına baxmayaraq Almaniyanın qalib gələcəyini ehtimal edənlər (26%) daha çoxdur. İkinci göstərici İspaniyaya (11%), üçüncü isə Fransaya (6%) məxsusdur.
Ən yaxşı futbolçu
Bakı sakinləri portuqaliyalı Ronaldonun oyununu çox sevir və onun “AVRO-2016”-nın ən yaxşı oyunçusu seçiləcəyinə əmindirlər (12%). Çempionatın bombardiri adı da Ronaldoya yaraşdırılır (9%).
Oyunlara pul qoyan azdır
Oyunlara pul qoymaq futbolun ayrılmaz hissəsidir. Sorğuda iştirak etmiş 86% Bakı sakini son 6 ayda heç bir oyuna pul qoymadığını bildirib. 86% isə Avropa çempionatı zamanı heç bir komandanın xeyrinə pul qoymayacağını bildirib.
Ən sadiq azarkeşlər 45-54 yaşı olanlardır
Ümumilikdə isə sorğuda iştirak etmiş qadınların 6%-i, kişilərin isə 18%-i futbol maçlarını hər zaman izlədiklərini bildiriblər. 45-54 yaş qrupuna daxil sakinlər isə futbolun sadiq izləyiciləridirlər.
Anar Kəlbiyev
AzVision.az