Fatih Terim millidən getmədi
Bu barədə AzVision.az-a Türkiyə KİV-lərinə istinadən xəbər verir.
“İmparator” qərarını Fransada olarkən millinin futbolçularına belə açıqlayıb: “Hamınıza təşəkkür edirəm. Şansımız olsaydı, turnirdə mübarizəmizi davam etdirə bilərdik. Qarşıdan bizi dünya kubokunun seçmə mərhələ oyunları gözləyir. Hamınız tətilinizi edin və oynadığınız liqanın oyunlarına hazırlaşın, hazırlaşın ki, seçmə mərhələni uğurla başa vuraq”.
Terimin bu qərarı isə “Qalatasaray”ın sükanının hollandiyalı futbol mütəxəssisi Yan Olde Riekerinkə əmanət edilməsi ilə nəticələnib.
Kənan Məmmədov
AzVision.az
Teqlər: