2015-ci ildə yeni avtobuslar gətiriləcək

2015-ci ildə yeni  avtobuslar gətiriləcək
  30 İyul 2013    Oxunub:1134
Yaxın illərdə Azərbaycana 1 500 ədəd yeni sərnişin avtobusları gətiriləcək. Bu avtomobillərin ölkəyə 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Yay Olimpiya Oyunlarına qədər gətirilməsi planlaşdırılır. .
Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin başçısı Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, Azərbaycandakı mövcud avtobus parklarının yenilənməsi nəqliyyatda yeni, on-line ödəniş sisteminin tətbiqi ilə paralel həyata keçirilir:

`Bu avtobuslar əsasən Cənubi Koreya və Türkiyədən Azərbaycana gətiriləcək. Bizim əsas prinsipimiz sərnişinlərin rahatlığı və təhlükəsizliyini təmin etməkdir`,deyə o vurğulayıb.




Teqlər:  





Xəbər lenti