İdmançımız Avropa çempionu oldu - FOTO
Fərəc ölkəmizi 90 kq çəki dərəcəsində təmsil edərək “squat” hərəkətində 250 kq, “bench-press” 190 kq, “deadlift” 310 kq qaldırıb 750 kq ümumi nəticə ilə Azərbaycan bayrağını fəxri kürsünün ən yüksək pilləsində ucaldıb.
Qeyd edək ki, yarışda 22 ölkə, 500-ə yaxın idmançı iştirak edib. Azərbaycan Pauerliftinq yığmasının üzvü Fərəc Cəlilov 2012-ci ildə gənclər arası Pauerliftinq üzrə hətta Mütləq Avropa və Dünya Çempionu titulunu qazanıb və Dünya rekorduna imza atıb.
AzVision.az