ABŞ-da dəhşətli qəza-VİDEO

  24 Fevral 2013    Oxunub : 415
ABŞ-da dəhşətli qəza-VİDEO
Xəsarət alanlar var
ABŞ-ın Florida ştatının Dayton Biç şəhərində keçirilən avtoralli çempionatında (Nascar) dəhşətli qəza baş verib. Qəzada ən azı 33 nəfər xəsarət alıb. Onlardan 19-u xəsəxanaya yerləşdirilib. İnsident yarışmanın sonuncu dövrəsində, Kayl Larsonun idarə etdiyi maşının tamaşaçıları avtodromdan ayıran çəpərə çırpılması nəticəsində baş verib. Qəza nəticəsində avtomobilin mühərrikində yanğın baş verib. Bundan sonra ümumilikdə 10 maşın bir-birinə çırpılıb.

Yarış 20 dəqiqəlik yubanma ilə yekunlaşıb, çempionatın qalibi Toni Styuart elan olunub. Lakin o, təltif etmə mərasiminin təxirə salınmasını xahiş edib. “Biz avtoralli yarışlarının təhlükəli idman növü olduğunu bilirik. Lakin indi xəsarət alanların sırasında tamaşaçılar da var”, - deyə o qeyd edib.

Bundan başqa finişə 5 dövrə daha bir qəza baş verib. Bu zaman 13 avtomobil toqquşub.


Teqlər: