`Kəpəz`ə şad xəbər: Vəliyev problemi həll etdi

`Kəpəz`ə şad xəbər: Vəliyev problemi həll etdi
  28 İyun 2016    Oxunub:2292
“Kəpəz” böyük problemdən qurtuldu.
AzVision.az xəbər verir ki, Gəncə klubu son anda 2 yeni transferinin keçidini həll etməklə bugünkü oyuna itkisiz çıxmaq imkanı əldə etdi.

Məsələ ondadı ki, qərblilər bu gün Moldova “Daçiya”sı ilə qarşılaşmaya Renan da Silva Alveş və Manuel Kosta Kaneyro (Serjinyo) olmadan çıxa bilərdi. Uyğun olaraq, Portuqaliya “Jil Visente”si və “Trofense”sindən alınan əcnəbilərin transferində problem yaranmışdı. Onlara görə klublarına müəyyən məbləğ ödənməliydi ki, futbolçuların “Kəpəz”in heyətində rəsmi matça çıxması mümkün olsun.

Bu, yalnız az öncə həlini tapıb. Müşkülə çevrilən məsələ bu gün səhər saatlarında yoluna qoyulub. “Kəpəz”in prezidenti Elmir Vəliyevin işə qarışmasından sonra lazım olan məbləğ ödənilib və futbolçuların “Daçiya”ya qarşı oynamasında problem qalmayıb. İşin son saatlaradək yubanması xoş olmasa da, hər halda mövcud maliyyə çətinliklərini aradan qaldırmaq mümkün olub.

İndi “Kəpəz”in baş məşqçisi Şahin Diniyev hər iki oyunçunun xidmətindən ilk dəqiqələrdən etibarən istifadə edə biləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti