`Universitetlə bağlı heç bir planım yoxdur` - Yeni rektor

`Universitetlə bağlı heç bir planım yoxdur` - Yeni rektor
  29 İyun 2016    Oxunub:4308
Bakı Slavyan Universitetinin yeni rektoru Nurlana Əliyeva bu gündən yeni vəzifəsinin icrasına başlayıb.
Bu barədə AzVision.az-a o, özü məlumat verib. N.Əliyeva yeni vəzifəsinə görə ölkə başçısına təşəkkürünü bildirib.

“Ölkə başçısının sərəncamı ilə bu vəzifəyə təyinat almışam. Buna görə prezidentə təşəkkür edirəm.Bu gündən etibarən rektor kimi fəaliyyətə başlamışam”.

Xanım rektor hələlik universitetin kollektivi ilə tanış olmadığını vurğulayıb. Bundan əlavə N.Əliyeva rektoru olduğu təhsil olacağı ilə bağlı hər hansı iş planının olmadığını söyləyib.

“Hələlik universitetlə bağlı heç bir planım yoxdur. Kollektivi tanıyandan, buradakı vəziyyətlə tanış olandan sonra hansı işləri görəcəyimi müəyyən edəcəyəm”.

Qeyd edək ki, N.Əliyeva iyunun 23-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Slavyan Universitetinə rektor təyin olunub.

O, bundan öncə isə təhsil nazirinin müşaviri vəzifəsinə təyinat alıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti