Valideynlərlə pis münasibət piylənməyə səbəb olur
Azərtac “medikforum.ru” saytına istinadla xəbər verir ki, tədqiqatın nəticələri “International Journal of Behavioral Nutrition and Physical Activity” jurnalında dərc olunub.
Məlum olub ki, oğlanların yarısı, qızların isə hər on nəfərdən altısı valideynləri ilə yaxşı münasibətlərdə olub. Bu yeniyetmələr yaşıdlarına nisbətən daha az mədə-bağırsaq traktı problemləri ilə üzləşib, eləcə də onlar idmanla daha çox məşğul olub, artıq çəkidən əziyyət çəkməyib və özlərini nisbətən daha yaxşı hiss edib.
Həmçinin bu yeniyetmələr “fast-fud” yeməklərini az yeyib və yuxu problemləri ilə üzləşməyib.
Ailə problemləri olan yeniyetmələrdə isə artıq çəki problemi olub, həm də bəzi hallarda bu, piylənmə deyil, anoreksiyaya səbəb olub.
Tədqiqatçılar bu nəticəyə gəlib ki, piylənməyə gətirib çıxaran qidalanma vərdişinin səbəbkarı dostlar yox, məhz valideynlərdir.
AzVision.az