Emin Milli Eynulla Fətullayevi alman kəşfiyyatı ilə hədələdi

Emin Milli Eynulla Fətullayevi alman kəşfiyyatı ilə hədələdi
  30 İyul 2013    Oxunub:1237
Haqqin.az saytının baş redaktoru Eynulla Fətullayevin Emin Millini Almaniyada görüşə dəvət etməsi müxalifət bloggerinin yeni isteriyası ilə qarşılanıb. Beləcə, dissident “Facebook” sosial şəbəkəsindəki səhifəsində növbəti cəfəngiyatla çıxış edib.
Eynulla Fətullayev isə bu məsələni qurtarmaq üçün Almaniyaya gedir. “Biz Eynulla Fətullayevi bizə və bu ölkənin hüquq-mühafizə orqanlarına hesabat verməsi üçün Almaniyada gözləyirik” - Milli yazıb. Bu statusa əsaslanaraq aydın olur ki, müxalifət bloggeri bu məsələyə Almaniya hüquq-mühafizə orqanlarını da qarışdırıb.

Xatırladaq ki, bir neçə gün qabaq blogger Emin Milli jurnalist Eynulla Fətullayevin ünvanına ittihamlar yağdırıb və onu təhqir edib. Bunun ardınca o, internetdə haqqin.az saytına qarşı çıxış edərək oxucularını bu sayta girməməyə çağırıb. Eynulla Fətullayev isə öz növbəsində, səsləndirdiyi bütün təhqirləri izah etmək üçün vətənə qayıtmayan qorxaq təbiətli Emin Millini Almaniyanın istənilən şəhərində görüşə dəvət edib. Emin Milli isə anlaşılmazlığı aydınlaşdırmaq üçün görüşmək əvəzinə Almaniya hüquq-mühafizə orqanlarını bu məsələyə qarışdırıb. Bu isə artıq Azərbaycan dissident hərəkatının aşağı səviyyədə olduğunu göstərir.

haqqin.az
AzVision.az



Teqlər:





Xəbər lenti