Gülağa Aslanlı: `Rəsul Quliyevin başqa variantı yoxdur`

Gülağa Aslanlı: `Rəsul Quliyevin başqa variantı yoxdur`
  30 İyul 2013    Oxunub:1588
“Qorxmayan adam İsa Qəmbər 2005-ci ildə onun ardınca gedəndə Azərbaycana qayıda bilərdi”
Xəbər verdiyimiz kimi, ötən gün ACP lideri Rəsul Qulliyev Milli Şura qarşısında yeni təkliflər irəli sürüb. O, müraciətində bildirib ki, əgər Milli Şura onun vahid namizədliyini dəstəkləsə, o, heç nədən çəkinməyərək, hətta həbsə alınsa belə, Bakıya qayıtmağa razıdı. Bunun üçün ACP liderinin yeganə şərti isə Milli Şuranın vahid namizədi olmasıdı. Eks–spikerin bu çağırışı Şuraya daxil olan partiyalar tərəfindən heç də bir mənalı qarşılanmadı.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı AzVision.az-a açıqlamasında R.Quliyevin müraciətini gündəmdə qalmaq üçün istifadə etdiyi yollardan biri kimi dəyərləndirdi: “Bu cür çıxışların birinci səbəbi Rəsul Quliyevin seçki məcəlləsini bilməməsi, ikincisi isə Müsavat Partiyasını özünə rəqib seçməsidir. Və nəhayət bu cür təkliflərlə gündəmdə qalmaq istəyidir. Rəsul Quliyevin indi gündəmdə qalması üçün başqa variantı yoxdur. O, 17 il Amerikada yaşayıb təfəkkürü dəyişməyən, heç bir siyasi savadını artırmayan, uzaq görənliyi olmayan bir adamdır. Bir həftə bundan əvvəl bildirmişdi ki, Rüstəm İbrahimbəyov qeydiyyatdan keçə bilməsə, başqa namizəd olmasın və seçkilər baykot edilsin. O bilməlidir ki, bu cür təklifləri ilə heç kimi özünə inandıra bilməz. Çünki qorxmayan adam 2005-ci ildə onun ardınca İsa Qəmbər gedəndə Azərbaycana qayıda bilərdi. O, hansı obraz ilə Azərbaycanda vahid namizədlik etmək istəyir? Onun xalq qarşısında nə siyasi lider, nə də ki qəhrəman obrazı var. Rəsul Quliyev deyir ki, ya mən namizəd olmalıyam, ya da ki, İlham Əliyev, başqa namizəd ola bilməz. Əvvəl də vaxtı ilə bu fikri söyləmişdi. Mən ona səslənirəm ki, Rəsul Quliyev, sənin gündəmdə qalmaq üçün seçdiyin yol düzgün deyil. Özün bilərsən!”.

Şəhanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti