Səddam Hüseynin qılıncı geri qaytarıldı

Səddam Hüseynin qılıncı geri qaytarıldı
  30 İyul 2013    Oxunub:1298
Vaşinqton ABŞ-ın İraqa müdaxiləsi zamanı ölkənin keçmiş lideri Səddam Hüseynin ofisindən oğurlanmış qılıncı İraq hökumətinə geri qaytarıb.
AzVision.az məlumat verir ki, qılınc 2012-ci ilin yanvarında Mançesterdə hərracda aşkar edilib. “Amoskeag” hərrac şirkəti qılıncı 15 min dollara satıb. Şirkətin əməkdaşları bildiriblər ki, qılınc 2011-ci ilin oktyabrında hərbi sahə üzrə amerikalı tarixçidən alıblar.

ABŞ-ın mühacirət və gömrük polisinin məlumatına görə, qılınc ABŞ-a qanunsuz gətirilib. Qılınc müharibədə silah kimi istifadə olunmadığı üçün hərbi sursat hesab olunmur.

Qeyd edək ki, qılınc İraqın keçmiş diktatoru Səddam Hüseynə hədiyyə olunub. Uzunluğu 1,1 metr olan qılıncın üzərində qızılı hərflərlə ərəb dilində yazılar həkk olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti