“Barselona” Ardaya şərt qoydu: Arıqlamalısan

“Barselona” Ardaya şərt qoydu: Arıqlamalısan
  01 İyul 2016    Oxunub:3795
İspaniyanın “Barselona” klubunun türkiyəli ulduz futbolçusu Arda Turan başqa kluba transfer olunmayacaq.
AzVision.az-ın məlumatına görə, bu barədə klub prezidenti Xosep Maria Bartomeu çıxış edib.

Klub prezidenti Ardanın oyunundan razı qaldığını vurğulayıb: “Texnik heyət Ardanın klubda qalmasını istəyir. Əgər, futbolçularımızın preformansını 10 balla qiymətləndirsək, Ardaya 9 bal verərəm. Ona 6 ay oynamama səbrini göstərərək bizimlə qaldığına görə, təşəkkür edirəm. Ümumən komandanın ötən mövsüm göstərdiyi oyundan çox razıyam. Çünki, ötən mövsüm 4 kuboku birdən qazanmışıq. Bu, pis hal deyil”.

İspaniya mətbuatı isə yazıb ki, klubu Ardanın performansının daha da yüksəldilməsi üçün çalışmalara başlayıb: “Ardanın artıq çəkisi var. Bu səbəbdən “Barselona” onun çəksinin azaldılması üçün özəl məşq proqramı hazırlayıb”.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti