Bir tondan artıq avokadoda xəstəlik aşkarlanıb

Bir tondan artıq avokadoda xəstəlik aşkarlanıb
  01 İyul 2016    Oxunub:1859
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti 1150 kiloqram Keniya mənşəli avokado meyvəsinin göbələk mənşəli xəstəliyə yoluxduğunu və mikotoksinlərin yüksək dərəcədə olduğunu müəyyən edib.
Bu barədə AzVision.az -a Nazirliyin Mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunur ki, meyvələr Niderland Krallığından Azərbaycana idxal olunub.

Meyvənin qidaya yararsız olduğu bildirilib və dövriyyədən çıxarılması üçün "Təmiz Şəhər" ASC-yə məxsus Bakı Bərk Məişət Tullantıları zavodunda karantin tədbirləri sisteminə riayət etmək şərtilə termik üsulla məhv edilməsi qərara alınıb.

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Azərbaycan Respublikasına daxil olan kənd təsərrüfatı məhsulları üzərində təhlükəsizliyə və keyfiyyətə nəzarəti gücləndirilmiş şəkildə davam etdirir.

AzVision.az


Teqlər:  






Xəbər lenti