Voleybolçularımızdan tarixi uğur

Voleybolçularımızdan tarixi uğur
  04 İyul 2016    Oxunub:2616
Bu gün qadın voleybolçular arasında Avropa Liqasında son oyunu keçirilib.
Turnirin həlledici matçı Bakıda baş tutub. Azərbaycan və Slovakiya milliləri final mərhələsinin cavab qarşılaşmasında üz-üzə gəliblər. İlk matçda səfərdə rəqibinə 3:1 hesabı ilə qalib gələn millimiz əlinə düşən əla imkanı boşa verməyib. Faiq Qarayevin yetirmələri rəqibinə heç bir şans verməyərək rahat qələbə qazanıb - 3:0.

Bununla da Azərbaycan yığması çempion olaraq tarixində ilk titulunu qazanıb. Hər zaman Avropanın ən güclülərindən sayılan qadın yığmamız buna baxmayaraq, heç bir yarışda çempion ola bilməyib.

Qeyd edək ki, yarışın qalibi baş mükafatla yanaşı, Dünya Qran-prisinə vəsiqə də əldə edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti