İbrahimbəyov Bakıya qayıtmayacaq

İbrahimbəyov Bakıya qayıtmayacaq
  31 İyul 2013    Oxunub:1053
Rüstəm İbrahimbəyov bundan sonra toplantılarının “Vera Palase”də keçiriləcəyini bildirib
Milli Şuranın Tiflisdə keçirdiyi toplantı başa çatıb.

AzVision.az apa-ya istinadən xəbər verir ki, toplantıda Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtinası ilə bağlı prosesin sürətləndirilməsi üçün Rusiya prezidenti Vladimir Putinə müraciət etmək qərara alınıb.

Yayılan son açıqlamada qeyd edilib ki, yığıncaqda “Rüstəm İbrahimbəyovun Azərbaycana dönüşü ilə bağlı siyasi, hüquqi-texiniki, təşkilatı işlərin, həmçinin ictimai və beynəlxalq rəyin hazırlanmadığı” bildirilib.

Eyni zamanda, Rusiya vətəndaşlığından imtina məsələsi də həll olunmadığı üçün onun iyulun 31-də Bakıya dönməməsinə qərar verilib.

Toplantının qərarına görə, R. İbrahimbəyovun Bakıya dönüşü yalnız Milli Şuranın qərarı ilə olacaq.


Teqlər:  





Xəbər lenti