Monitorinq sabah baş tutacaq

Monitorinq sabah baş tutacaq
  31 İyul 2013    Oxunub:1084
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 1-də Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam kəndinin cənubundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
AzVision.az xəbər verir ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Uilyam Prayor və səhra köməkçisi Jiri Aberle keçirəcək.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Yevgeniy Şarov və maliyyə administrasiyasının rəhbəri Piter Svedberq keçirəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti