Cəbhədə atəş səsləri eşidilib

Cəbhədə atəş səsləri eşidilib
  31 İyul 2013    Oxunub:962
Düşmən cavab atəşi ilə susdurulub
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin məlumatına görə, düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:





Xəbər lenti