İtaliyada matəm elan olunub

İtaliyada matəm elan olunub
  31 İyul 2013    Oxunub:1117
İtaliyada baş verən qatar qəzasında ölən 39 nəfərin birgə dəfn mərasimi keçirilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza ilə əlaqədar ölkədə matəm elan olunub.

Ötən gün Pozzuoli qəsəbəsində keçirilən dəfn mərasimində 10 min nəfər iştirak edib. Dəfnə həlak olanların qohumları ilə yanaşı, millət vəkilləri və baş nazir Enriko Letta da qatılıb. Yaxınlarının vidaşlamasından sonra İtaliya adətlərinə uyğun olaraq alqış sədaları ilə tabutlar cənazə maşınlarına yüklənib.

Qeyd edək ki, Müqəddəs Peder Pionun məzarını ziyarət edib geri qayıdan qatar yolda 30 metrlik dərədən yuvarlanıb. Qatardakı 48 sərnişindən 39-u hadisə yerindəcə keçinib. Şahidlər bildirib ki, avtobus normal sürətlə hərəkət etsə də qəfildən istiqamətini dəyişərək avtomobillərlə toqquşmağa başlayıb. Onların bir qismi isə qəzadan əvvəl partlayan təkər səsi eşitdiklərini deyib.
Qəzanın baş vermə səbəbi ilə bağlı hələ ki, rəsmi açıqlama verilməyib.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti