Lisenziyaları əlindən alınan Federasiya şikayət edəcək

Lisenziyaları əlindən alınan Federasiya şikayət edəcək
  04 İyul 2016    Oxunub:2415
Azərbaycan Ağır Atletika Federasiyası İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək niyyətindədir.
Federasiyadan AzVision.az-a verilən məlumata görə, buna səbəb Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) azərbaycanlı idmançıların 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları lisenziyalarından məhrum edilməsi barədə qərarıdır.

Federasiya bununla bağlı beynəlxalq hüquq şirkətlərinə müraciət etməyi düşünür.

Qeyd olunub ki, Azərbaycan Antidopinq Konvensiyasına qoşulan ilk 40 ölkə arasındadır. Bununla yanaşı, Konvensiyaya qoşulduqdan sonra Azərbaycan Milli Məclis tərəfindən xüsusi olaraq yaradılmış Komitə vasitəsi ilə antidopinq üzrə qanun işləyən ilk ölkələrdən biridir.

Bütün bunlar Azərbaycan Ağır Atletika Federasiyasının beynəlxalq instansiyalarda iddiasının öz müsbət həllini tapacağına əsas verir.

AzVision.az


Teqlər:  





Xəbər lenti