Messiyə 21 aylıq həbs cəzası verildi

Messiyə 21 aylıq həbs cəzası verildi
  06 İyul 2016    Oxunub:8644
İspaniya Məhkəməsi vergidən yayınma ilə bağlı "Barselona" klubunun argentinalı futbolçusu Lionel Messi barədə 21 ay azadlıqdan məhrumetmə ilə bağlı qərar verib.
AzVision.az ”Reuters”ə istinadən bildirir ki, bu qərar onun atası haqqınnda da verilib.

Futbolçu və onun meneceri olan atası 2013-cü ilin yayından İspaniyada vergidən yayınma maddəsi ilə ittiham olunub. Adları çəkilən hər iki şəxsin 2007-2009-cu illərdə vergi sənədlərini saxtalaşdırmaqla İspaniya büdcəsinə 4.1 milyon avro ziyan vurduğu bildirilib.
Ancaq İspaniya qanunlarına əsasən, cəza 24 aydan az olarsa, şəxslər "dəmir barmaqlıq"lar arxasında qalmayacaqlar. Məhkəmənin qərarına əsasən, Messi 2 milyon avro, atası isə 1.5 milyon avro cərimələnib.

AzVision.az


Teqlər:  





Xəbər lenti