Finala kim çıxacaq: Ronaldo, yoxsa Beyl?

Finala kim çıxacaq: Ronaldo, yoxsa Beyl?
  06 İyul 2016    Oxunub:2158
Bu “Avro-2016”nın yarımfinal mərhələsinə start veriləcək.

AzVision.az-ın məlumatına görə, final uğrunda Portuqaliya və Uels milliləri üz-üzə gələcək.

Çempionatda keçirdiyi 5 matçdan heç birini 90 dəqiqənin tamamında qazana bilməyən Kriştiano Ronaldonun komandasının ilk dəfə Avropa çempionatının yarımfinal mərhələsində iştirak edən və uğurlu çıxışı ilə diqqət çəkən Uels millisinə qarşı oyunu maraqla gözlənilir.

Qeyd edək ki, digər yarımfinal oyunu sabah Almaniya və Fransa milliləri arasında keçiriləcək.

6 iyul

“Avro-2016”, yarımfinal


23:00. Portuqaliya - Uels
Baş hakim: Jonas Eriksson
Yan xətt hakimləri: Matias Klasenius, Daniel Varnmark
Əlavə köməkçi-hakimlər: Stefan Yohanesson, Markus Strömberqsson (hamısı İsveç)
Lion. Lion stadionu

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti