Qazlar kəsiləcək

Qazlar kəsiləcək
  31 İyul 2013    Oxunub:1188
Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər var.
Təmir işləri ilə əlaqədar 31 iyul 2013-cü il tarixdə saat 09:00-dan 18:00-dək "Daşkəsən" Avtomatik Qazpaylayıcı Stansiyasında, saat 10:00-dan "Hacıqabul-2", Qazpaylayıcı Stansiyasından qidalanan "Cihazlar zavodu" ölçü qovşağında, saat 10:00-dan 17:00-dək isə "Xaçmaz" Avtomatik Qazpaylayıcı Stansiyasından qidalanan Xaşmaz rayonunu təbii qazla təmin edən qaz kəmərində və "Xudat" ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyindən AzVision.az-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Daşkəsən və Xaçmaz rayonlarına, həmçinin Şirvan şəhərinin bir hissəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti