Azərbaycanlı futbolçu Portuqaliya klubunda

Azərbaycanlı futbolçu Portuqaliya klubunda
  07 İyul 2016    Oxunub:2655
Azərbaycanın 21 yaşadək gənclərdən ibarət yığmasının hücumçusu Elnur Cəfərov Portuqaliya klubunda oynayacaq.
AzVision.az xəbər verir ki, 19 yaşlı futbolçumuz Portuqaliyanın "Tondela" komandasında forma geyinəcək.

E.Cəfərov yeni klubu ilə bir illik müqavilə imzalayıb. "Tondela" Portuqaliya çempionatının yüksək liqasında çıxış edən bir komandadır.

Qeyd edək ki, Elnurun son klubu "Xəzər Lənkəran" olub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti