Daha bir idmançımız dopinqdə `ilişdi`

Daha bir idmançımız dopinqdə `ilişdi`
  08 İyul 2016    Oxunub:2151
Azərbaycanın daha bir ağırlıqqaldıranı dopinq testindən keçə bilməyib.
AzVision.az xəbər verir ki, Beynəlxalq Ağır Atletika Federasiyası Pekin Yay Olimpiya Oyunlarında dopinq testi müsbət nəticə verən daha 3 idmançının adını açıqlayıb.

Onların içərəsində Azərbaycanın ağırlıqqaldıranı Sərdar Həsənovun da adı var. İmdançıdan götürülən analizlərin nəticəsi müsbət olub, deqidroxlorometiltestosteron aşkarlanıb.

Nəticədə onun bütün yarışlardan diskvalifikasiya edildiyi bildirilir. Dopinqdən istifadə təsdiqlənərsə, onun dəqiq cəzaları açıqlanacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti