Yağışlı günlər bitdi

Yağışlı günlər bitdi
  31 İyul 2013    Oxunub:1152
Sabah Bakıda yağmursuz hava proqnozlaşdırılır
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, avqustun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Temperatur gecə 19-24 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq. Abşeron çimərliklərində temperatur 25-26 dərəcə isti təşkil edəcək.

Rayonlarda əsasən, avqustun 1-də hava əsasən yağmursuz olacaq, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.

Temperatur Aran rayonlarında gecə 17-22 dərəcə, gündüz 29-34 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 17-22 dərəcə isti təşkil edəcək.




Teqlər:  





Xəbər lenti