Çempion kim olacaq: Fransa, yoxsa Portuqaliya? (SORĞU)

Çempion kim olacaq: Fransa, yoxsa Portuqaliya? (SORĞU)
  08 İyul 2016    Oxunub:13134
Artıq Avropa Çempionatının finalçıları bəllidir. Avropanın ən güclüsü adı uğrunda Portuqaliya və Fransa milliləri üz-üzə gələcək. Final oyunu iyulun 10-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Futbolsevərləri ən çox bir sual düşündürür. Çempion kim olacaq: Meydan sahibi Fransa, yoxsa Portuqaliya?

AzVision.az mövzunun aktuallığını nəzərə alaraq bu sualla paytaxt sakinlərinə müraciət edib. Sorğuda iştirak edənlərin bir qismi Portuqaliyanın çempion olacağını desə də, respondentlərin əksəriyyəti meydan amilini nəzərə alaraq fransızların Avropanın ən güclüsü olacağını bildiriblər.

Maraqlıdır ki, Avropa Çempionatında Braziliya və Türkiyənin qalib olacağı deyənlər də olub.



Şahanə Rəhimli
Video: Elvin Abdulla

AzVision.az


Teqlər:  





Xəbər lenti