İsa Qəmbər baş nazirlik istəyib?

İsa Qəmbər baş nazirlik istəyib?
  31 İyul 2013    Oxunub:1193
İsa Qəmbər İbrahimbəyovdan baş nazir postu istəyib.
Milli Şuranın Tiflis sammiti gərgin keçdi, razılaşma barədə xəbər çıxmadı, toplantı bu gün də davam edəcək. AXCP, ACP və ALP təmsilçiləri Müsavat başqanının namizədliyi barədə «ölçü» götürülməsini tələb ediblər.

Dünən Milli Şuranın Gürcüstanın paytaxtına gedən heyəti ilə qurumun prezidentliyə namizədi Rüstəm İbrahimbəyov arasında görüş baş tutub. Yığıncaq başlanan zaman jurnalistlərin zaldan görüntü almasına icazə verildi. Daha sonra toplantının qapalı keçiriləcəyi bildirilərək jurnalistlər zaldan çıxarıldı.

«Bizim Yol»un etibarlı mənbədən əldə etdiyi məlumata görə Müsavat başqanı İsa Qəmbər Tiflisdə R.İbrahimbəyovla namizədliklə məsələsindən başqa bir sıra vacib təkliflərini də müzakirə edib. Restoranların birində təkbətək baş tutan müzakirlərədə İsa Qəmbər Milli Şuranın hakimiyyətə gələcəyi təqdirdə formalaşdıracağı Milli Etimad Hökumətində baş nazir postuna təyin olunmasını tələb edib. Başqan bildirib ki, bu məsələ Milli Şuranın iradəsi ilə əhll olunmalıdır, amma orada toplaşan qüvvələrin dəstəyini almaq çətindir. Çünki ikitərəfli münasibətlərdə ciddi problemlər var.

R.İbrahimbəyovun İsa Qəmbərə cavabı bəlli deyil, eyni zamanda onun namizədlikdən çəkilib-çəkilməyəcəyi ilə bağlı da dünən gecə saatlarında hər-hansı açıqlama verilməmişdi. Yalnız o məlum idi ki, toplantılar bu gün də davam etdiriləcək.
«Bizim Yol»u məlumatlandıran mənbə əslində İsa Qəmbərin namizədlik məsələsini İbrahimbəyovla siyasi bazarlıq üçün saxladığını vurğulayıb. Əgər Milli Şura uğur qazanarsa, başqan burada ikinci posta sahiblənmək istəyir. Əks təqdirdə R.İbrahimbəyovun seçkiyə qatılmayacağı halda İ.Qəmbər seçkilərə təkbaşına qatılacaq. Hazırda o müxtəlif manevrlərlə bu addımı atacağı təqdirdə divdientlərinin miqyasını böyütməkdə maraqlıdır»-mənbə qeyd edib.

Xəbərdə qeyd olunur ki, İsa Qəmbərin Milli Şura sədrinə təzyiqlərinin kökündə qurumda ona qarşı olan etimadsızlıq mühiti ilə bağlıdır. Başqan İbrahimbəyovun iradəsi ilə niyyətini gerçələşdirməyə çalışır , əks shalda qəbul olunan prosedurla ona ikincilik şansını heç kim tanımayacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti