`Fransa favoritdir` - Ronaldodan etiraf

  09 İyul 2016    Oxunub : 1867
`Fransa favoritdir` - Ronaldodan etiraf
Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo "Avro-2016"nın finalında Fransa ilə oyun öncəsi fikirlərini bildirib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki o, Fransanın özləri ilə müqayisədə az da olsa, favorit olduğunu bildirib.

“Fransa güclü komandadır. Yaxşı oyun nümayiş etdirirlər. Bizimlə müqayisədə az da olsa, favoritdirlər. Çünki öz ölkələrində oynayırlar. Amma bu finaldır, hər şey ola bilər. Bu oyuna hazırıq. Bizi bu Avropa çempionatında hələ məğlub edən olmayıb”, - deyə Ronaldo bildirib.

O, həmişə ölkəsi ilə birgə önəmli uğurlar qazanmağı arzuladığını söyləyib: “Portuqaliya ilə mükafat qazanmaq istəyirəm”.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: