Çində isti həyəcanı

Çində isti həyəcanı
  31 İyul 2013    Oxunub:967
Çinin bir çox yerlərində temperaturun yüksəlməsi həyəcana səbəb olub.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, Şanxayda 10 nəfər günvurmadan ölüb. Meteoroloqların bildiridiyinə görə, bu, Şanxayda 140 il ərzində baş verən ən isti iyul ayıdır.

Yerli jurnalistlər temperaturun yüksək səviyyəyə qalxdığını göstərmək üçün “asfaltda ət bişiriblər”. Dəhşətli istilər Çinin doqquz əyalətində müşahidə olunub.

Şanxayın Meteoroloji Bürosundan verilən məlumata görə, iyul ayında 24 gün ərzində şəhərdə temperatur 35 dərəcədən yüksək olub. İsti hava şəraitinə görə çöldə iş fəaliyyətinə qadağa qoyulub.

AzVision.az


Teqlər:





Xəbər lenti