Portuqaliya Avropa Çempionu oldu - Yenilənib (Fotolar+Video)

Portuqaliya Avropa Çempionu oldu - Yenilənib (Fotolar+Video)
  11 İyul 2016    Oxunub:6058
Futbol üzrə Avropa Çempionatının final oyunu keçirilib. “Avro-2016”nın finalında meydan sahibi Fransa ilə Portuqaliya millisi üz-üzə gəlib.

Sent-Denisdəki "Stad de France" stadionunda keçirilən oyunu İngiltərədən olan baş hakim Mark Klattenburq idarə edib.

Qeyd edək ki, Fransa millisi indiyədək iki dəfə - 1984 və 2000-ci ildə qitə çempionu adını qazanıb. Portuqaliyalılar isə bir dəfə buna yaxın olub. Onlar 2004-cü ildə ölkərində keçirilən Avropa çempionatının finalında Yunanıstana uduzub.

***



Oyunun ilk hissəsində Portuqaliya millisinin aparıcı oyuncusu Kriştiano Ronaldo zədələnərək meydanı tərk edib. Onu meydanda Almeyda əvəz edib. Oyunun ilk hissəsi qarşılıqlı hücum şəraitində keçsə də, komandalar fərqlənə bilməyiblər. İlk hissə 0:0 hesabı ilə başa çatıb.



***

Oyunun əsas vaxtı qolsuz başa çatıb. Fransa ikinci hissədə qol vurmağa yaxın olsa da, Portuqaliya millisi hesabın açılmasına imkan verməyib. Matçda əlavə 30 dəqiqə vaxt oynanılacaq.

***

Əlavə dəqiqələrdə Portuqaliya Ederin güclü zərbəsi ilə hesabda önə çıxıb:1:0

***

120 dəqiqəlik oyun Portuqaliyanın möhtəşəm qələbəsi ilə başa çatdı. Bununla da Portuqaliya millisi Avropa Çempionu adını qazandı.







AzVision.az


Teqlər:  





Xəbər lenti