Fransanı şoka salan Eder kimdir? - DOSYE

Fransanı şoka salan Eder kimdir? - DOSYE
  11 İyul 2016    Oxunub:50529
İyunun 10-da futbol üzrə XV Avropa çempionatının final görüşü keçirilib. Həlledici oyunda meydan sahibi Fransa Portuqaliya millisi ilə qarşılaşıb. Oyunun 90 dəqiqəsində hesab açılmayıb.

Oyunda qalibi müəyyən etmək üçün iki 15 dəqiqədən ibarət əlavə vaxt oynanılıb. Matçın 109-cu dəqiqəsində Portuqaliya millisinin heyətində Eder fərqlənib. Onun uzaq məsafədən vurduğu zərbə qarşısıalınmaz olub. Beləliklə də Portuqaliya yığması tarixində ilk dəfə olaraq Avropa çempionu olub.

Portuqaliyaya tarix zəfər qazandıran Eder kimdir?

Əsl adı Ederzito Antonio Macedo Lopez olan futbolçu Eder kimi tanınır. O, 22 dekabr 1987-ci ildə Portuqaliyanın keçmiş müstəmləkəsi olan Qvineya Bisaunun paytaxtı Bisauda dünyaya gəlib. Uşaq yaşlarından Portuqaliyaya köçən Eder 11 yaşından başlayaraq “Ademia”da top qovmağa başlayıb.



143 oyuna 38 qol

Professional kariyeriyasına 24 avqust 2008-ci ildə “Academica”da başlayan Eder burada keçirdiyi 83 oyunda 12 qol vurub. 2012-ci ildə “Braqa”ya transfer olunan Eder uğurlu çıxışını burada da davam etdirib.

“Braqa”nın heyətində keçirdiyi 60 oyunda 26 dəfə fərqlənməyi bacaran Eder 2015-ci ildə İngiltərə Premyer Liqasında kariyerasını davam etdirib.

Eder “Svonsi Siti”də uğur qazana bilməyib. O, 13 oyunda cəmi bir dəfə qol vura bilib.

Eder 2016-cı ildə Fransanın “Lill” komandasına transfer olunub.

Yeni sezonda Avropa çempionun necə performans sərgiləcəyi isə maraqla gözlənilir.



Ederin millidəki kariyeriyası

Eder milli komandada 2012-ci ildən çıxış edir. O, millidə ilk debüt oyununu 2014-cü il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan qarşı keçirib.

Portuqaliyalıların 3:0 hesabı ilə qalib gəldiyi matçın əlavə dəqiqələrində meydana çıxan Eder, meydanı qol vurmadan tərk edib. Ümumilikdə isə Eder millidə keçirdiyi 29 oyunda 4 qol vurub.

Fransaya vurduğu qələbə qolu ilə Eder tarixə düşməyi bacardı.



Qeyd edək ki, 1.90 boyu olan futbolçu hücumçu mövqeyində çıxış edir və hər iki ayağı ilə sərrast zərbələrə malikdir. Onun dəyəri 5 milyon avrodur.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti