Avropa Çempionatının rəmzi heyəti

Avropa Çempionatının rəmzi heyəti
  12 İyul 2016    Oxunub:1986
Fransada təşkil olunan futbol üzrə Avropa çempionatının ən yaxşı onbirliyi müəyyənləşib.
AzVision.az-ın goal.com-a istinadən verdiyi məlumata görə, siyahıda ən çox Fransa və Portuqaliya millilərinin futbolçuları yer alıb.

Finalın iştirakçıları olan hər iki yığmanın 3 futbolçusu ən yaxşı oyunçular sırasına düşməyi bacarıb. Almaniya və Uels hərəyə iki, İtaliya isə bir futbolçu ilə təmsil olunub.

Qapıçı: Hüqo Lloris (Fransa)

Müdafiəçilər: Jerom Boatenq (Almaniya), Leonardo Bonucci (İtaliya), Pepe (Portuqaliya)

Yarımmüdafiəçilər: Toni Kroos (Almaniya), Aaron Remzi (Uels), Renato Sançes (Portuqaliya), Dmitri Payet (Fransa)

Hücumçular: Qaret Beyl (Uels), Kriştiano Ronaldo (Portuqaliya), Antuan Qrizman (Fransa)

AzVision.az


Teqlər:  





Xəbər lenti