Hər gün 1,6 milyon dollar qazandıran oyun - VİDEO

Hər gün 1,6 milyon dollar qazandıran oyun - VİDEO
  13 İyul 2016    Oxunub:10824
Son günlər sosial şəbəkələrdə yeni trend - “Pokemon Go” oyunu barədə geniş məlumatlar yayılıb.
Smartfonlar və ya “ağıllı telefon” istifadəçiləri üçün nəzərdə tutulan oyunu hələ ki cəmi üç ölkədə rəsmi şəkildə yükləmək mümkündür. Bunlar ABŞ, Avstraliya və Yeni Zelandiyadır. Daha sonra oyunun digər ölkələrdə aktivləşəcəyi gözlənilir.

Lakin azərbaycanlı istifadəçilər indidən bu oyunu oynaya bilərlər. Bunun üçün onlar İOS əməliyyat sistemi (ƏS) smartfornlarda qeydiyyat zamanı göstərdikləri ölkəni dəyişməlidirlər. İstifadəçilər isə oyunun APK faylını yükləməklə “Pokemon Go”dan yararlana bilərlər.

“Pokemon” ingilis dilində olan “Pocket Monster” ifadəsindən götürülüb və mənası “cib bədheybəti”dir. 1996-cı ildə Yaponiyada yaradılan bu varlıqlara oyunlar, filmlər, komikslər həsr olunub.

“Pokemon Go”oyunu 2016-cı ildə istifadəçilərin ixtiyarına verilib. Oyunda 721 pokemon var. Lakin hazırda onlarda 174-ü aktivdir.

Oyunu yaradan şirkət ilkin olaraq bunun istifadəçilər üçün kifayət olduğunu düşünür. Çünki hər bir pokemonun özünün unikal xarakteristikası, tarixi və inkişaf yolu var.

İstifadəçinin ilk hədəfi pokemanoları tutmaqdır. Lakin bunu yalnız küçədə etmək lazımdır. Çünki oyun real həyatla sıx bağlıdır. Bunun üçün istifadəçilər “GPS” və mobil interneti açmalıdılar. Sizin bütün yerdəyişməniz xəritədə öz əksini tapacaq.

Hər keçən saniyə istifadəçi sayı artan "Pokemon GO" oyunu Nintendo şirkətinin yenidən dəyər qazanmasına şərait yaradıb.

Həftənin ilk günündə yüksələn Nintendo hissələri 25%-ə yaxın artıb və Tokio birjasında 305 manat dəyər ilə alınmğa başlayıb. Bu yüksəliş isə şirkətin dəyərinin birdən-birə 7,5 milyard dollar artmasına səbəb olub.

Ən son məlumatlara görə, “Pokemon GO” oyunu hər gün öz yaradıcılarına 1,6 milyon dollar gəlir gətirir.

Niantic tərəfindən hazırlanan oyuna “Pokemon Company” dəstək olub. Nintendo burada 30% paya sahibdir.
Digər pay isə digər iki şirkət arasında bölünür.

Azərbaycanlı istifadəçilər APK ilə android cihazlara bu oyunu yükləyib oynaya bilərsiniz. Bunun üçün bu keçidə daxil olub, "Pokemon GO"-nu cihazınıza yükləməyiniz lazımdır.

iOS istifadəçiləri isə regionu ABŞ və Yeni Zellandiya seçməklə oyunu yükləyə bilərlər.





Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti