Günəş sistemində yeni planet aşkarlanıb
Azərbaycan Milli Elmlər Akademiyasından AzVision.az-a verilən məlumata görə, www.mir24.tv saytının məlumatına görə, tədqiqatlar Günəş sisteminin xarici sahəsinin öyrənilməsi üzrə OSSOS (Outer Solar System Origins Survey) layihəsi çərçivəsində aparılıb. Yeni 2015 RR245 işarəli planet çox uzunsov orbitə malikdir. Obyekt Yerdən maksimum 120 a.v. (astronomik vahid) məsafəyədək uzaqlaşır, 34 a.v. məsafəyədək yaxınlaşır. 1 a.v. Yer kürəsi ilə Günəşin arasında olan orta məsafəyə bərabər olduğu üçün bu planetdə bir il Yerin 700 ilindən artıq davam edir.
2015 RR245 işarəli planetin xüsusiyyətlərini araşdırmağa davam edən tədqiqatçıların ilkin hesablamalarına əsasən, obyektin Günəşlə maksimal yaxınlaşması yalnız 2096-cı ildə baş verə bilər.
AzVision.az
Teqlər: