FHN-də üzgüçülük üzrə çempionat keçirilib

FHN-də üzgüçülük üzrə çempionat keçirilib
  14 İyul 2016    Oxunub:2651
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun və FHN işçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə bu gün nazirliyin qurumları arasında üzgüçülük üzrə çempionat keçirilib.
Dövlət Yanğından Mühafizə Xidmətinin İdman kompleksində baş tutan çempionatda FHN-in qurumlarını təmsil edən 13 komandada 26 iştirakçı mübarizə aparıb. İştirakçılar yarışın şərtlərinə uyğun olaraq, komanda hesabında 100, şəxsi hesabda isə 50 metrlik məsafəni qət ediblər.

Komanda olaraq birinci yerə Dövlət Sularda Xilasetmə Xidməti (DSXX), ikinci yerə Mülkü müdafiə qoşunları (MMQ), üçüncü yerə isə Dövlət Yanğından Mühafizə Xidməti layiq görülüb.

Şəxsi hesabda Yusif Ələsgərov (XRXX) birinci yeri, Samir Babayev (FHN Akademiya) ikinci yeri, Asif Ələsgərov (XRXX) isə üçüncü yeri tutub.

Sonda İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev və FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qalibləri təbrik edib, onlara kubok, medal və diplomlar təqdim ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti