Millimiz FİFA reytinqində irəlilədi

Millimiz FİFA reytinqində irəlilədi
  14 İyul 2016    Oxunub:1523
Futbol üzrə Azərbaycan milli komandası FİFA-nın yeni reytinq siyahısında bir pillə irəliləyib.
Yığmamız hazırda 253 xalla 137-ci pillədə qərarlaşıb. Azərbaycan yığmasının 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki rəqiblərinin siyahıdakı mövqeyi belədir: Almaniya (4-cü yer, 1319 xal), Şimali İrlandiya (28-ci yer, 822 xal), Çexiya (33-cü yer, 768 xal), Norveç (53-cü yer, 588 xal) və San-Marino (200-cü yer, 20 xal).

Ötən ayın çox irəliləyən komandası Yeni Zelandiya olub. 54 pilləlik sıçrayış edən komanda hazırda 93-cüdür. Ən pis göstərici isə Belizə məxsusdur. Bu komanda 114-cü yerdən 164-cü pilləyə yuvarlanıb.

İlk onluqda qərarlaşan komandalar isə bunlardır: Argentina (1585 xal), Belçika (1401 xal), Kolumbiya (1331 xal), Almaniya (1319 xal), Çili (1316 xal), Portuqaliya (1266 xal), Fransa (1189 xal), İspaniya (1165 xal), Braziliya (1156 xal) və İtaliya (1155 xal).

AzVision.az


Teqlər:





Xəbər lenti