`Kəpəz` Avstriya klubuna uduzdu - Video

`Kəpəz` Avstriya klubuna uduzdu - Video
  15 İyul 2016    Oxunub:1640
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Gəncənin "Kəpəz" klubu səfərdə Avstriyanın Mödlinq şəhərini təmsil edən "Admira Vaker" klubu ilə qarşılaşıb.
Sankt Pölten şəhərində yerləşən "NV Arena" stadionunda keçirilən oyunun ilk hissəsində ev sahibləri hesabda irəli çıxıblar. Hücumçu Dominik Ştarkl 41-ci dəqiqədə başla vurduğu zərbə ilə hesabı açıb.

Şahin Diniyevin yetirmələri oyunun ikinci hissəsində ev sahiblərinin qapısına qol vura bilməyib və hesab dəyişməz qalıb: 1:0.

Oyunu Pavlo Radovanoviçin rəhbərliyi ilə monteneqrolu hakimlər heyəti idarə edib.

"Kəpəz" və "Admira" arasında cavab görüşü iyulun 20-də Bakıda keçiriləcək.



AzVision.az


Teqlər:





Xəbər lenti