İraqda məsciddə terror törədilib

İraqda məsciddə terror törədilib
  01 Avqust 2013    Oxunub:1173
İraqda şiələr və sünnilərin məscidlərinə təşkil olunan hücumlarda ümumilikdə 18 nəfər həlak olub.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gün baş verən hücumlardan biri Bağdadın şiələrin daha çox məskunlaşdığı Ur bölgəsində baş verib.

Belə ki, küçədə bir qrup şəxsin ətrafa atəş açması nəticəsində 5 nəfər ölüb, 9 nəfər isə yaralanıb.

Şiələrin məskunlaşdığı başqa bir bölgə Nəhrəvanda isə terrorçuların hücumu 2 nəfərin ölümünə, 3 nəfərin isə yaralanmağına səbəb olub. Hüsniyyədə şiə məscidində baş verən kamikadze hücumu isə 7 nəfərin ölümü ilə nəticələnib.

Ölkənin şimal bölgəsində sünni məscidinə edilən hücumda isə 4 nəfər ölüb, 4 nəfər yaralanıb.

Qeyd edək ki, aprel ayından bu günədək oxşar hücumlarda 3 min insan həlak olub. Bu hücumların ölkədə məzhəb davası yaratmaq məqsədilə təşkil olunduğu iddia edilir.

Fatimə KƏRİMLİ


Teqlər:





Xəbər lenti